Jurnal haqqında

“METAFİZİKA” Jurnalı haqqında

“METAFİZİKA”
 Beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalı
 
 
1. "Metafizika jurnalı"nın nəşriyyat və redaksiyası "AcademyGate Publishing" "Beynəlxalq Metafizika Mərkəzi"dir (Bakı, Azərbaycan). Jurnal ildə 4 dəfə çap olunur. Jurnal əvvəllər heç yerdə çap olunmayan orijinal elmi tədqiqatların nəticələrini çap edir. Jurnalda nəşr olunan məqalələrə ilk növbədə müəlliflər və ikinci növbədə müvafiq ixtisaslar üzrə məqaləyə rəy verənlər cavabdehlik daşıyırlar.
 
 
2. "Metafizika jurnalı" 2017-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində №4144 nömrəsi ilə qeydiyyatdan keçmişdir. “Metafizika” Azərbaycan Respublikasında “Fəlsəfə və interdisiplinar” elmlər sahəsində beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalıdır. “Metafizika” jurnalı baş redaktor və redaksiya heyəti tərəfindən idarə olunur. Jurnal rüblükdür.
 
3. "Metafizika jurnalı" öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və öz nizamnaməsini rəhbər tutur.

4. "Metafizika jurnalı"ndan istifadə elmi ictimaiyyət üçün açıq və sərbəstdir.  (OPEN ACCESS)

5. "Metafizika jurnalı"nın əsas qayəsi fəlsəfə və interdisiplinar sahələrdə elm, təhsil və maarifçilik fəaliyyətini daha keyfiyyətli formada beynəlxalq arenaya çıxartmaq, beynəlmiləl təcrübədən yararlanmaq, həmçinin elmimizin inkişafına müsbət mənada təsir göstərmək və Azərbaycan elminin inkişafını xarici indekslərdə göstərməkdir. Jurnalının əsas məqsədilərindən biri də fəlsəfənin müxtəlif sahələrində və elmlər arası bölmələrdə Azərbaycan eiminin tərəqqisinə yönəldilmiş fəlsəfə, sosial tədqiqatlar və araşdırmalar aparmaq, həmin tədqiqatların vahid prioritetlərə xidmət etməsi baxımından sistemləşdirilməsi və istiqamətləndirilməsini təmin etmək, bu fəaliyyət nəticəsində nailiyyətlər qazanmaqdır. Fəlsəfə, elm və multidisiplinar tədqiqat sahələri arasındakı əlaqəni asanlaşdırmaq, bu əlaqələr əsasında, onların kəsişməsində gedən tədqiqatları, vahid milli və ümumbəşəri prioritetlər istiqamətində genişləndirməkdir. Jurnal elmi yenilikləri əsas tutur. Əlbəttə ki, bunlardan başlıcası elmi məqalələrin indekslənməsidir. Elmi məqalələrin indekslənməsi müəllif hüquqlarının qorunaraq plagiatın qarşısının alınması, məqalənin keyfiyyət dəyərinin və elmi aktuallığının müəyyən edilməsi deməkdir. Keyfiyyət dəyəri isə impakt faktor vasitəsilə yəni beynəlxalq elmi arenada nə dərəcədə aktual olması ona istinad edilməsi ilə ölçülür. İndeks qurumlarının ən öncüllərindən olan “Web of Science” (WOS) profili üzrə qurulan Web of Knowledge Core Collection çox zəngin bilik və informasiya bazasıdır. “Metafizika” jurnalının da əsas hədəflərindən biri dərc olunacaq məqalələrin keyfiyyət dəyərini yüksəldərək, bu böyük elmi qurumun istinad bazasına daxil olmaq və bu sahədə “Social Science Citation” siyahısına düşməkdir.

6. "Metafizika jurnalı" nəşr etika qaydalarına riayət edərək, “Nəşr Etikası Komitəsi”nin (COPE) qaydalarına tabedir və elmi əsərlərdə plagiatın qarşısının alınması və onunla mübarizə haqqında qanunun icra qaydalarına riayət edir.
 
7. "Metafizika jurnalı" öz adı olan möhürə, ştampa və blanka malikdir. Həmçinin bir sıra beynəlxalq indekslərə müraciət etmiş və onların müsbət rəyini almışdır.

8. "Metafizika jurnalı"nda Azərbaycan, türk, rus, ingilis, fars və ərəb dillərində bütün məqalələr ekspertlər tərəfindən müsbət rəy alarsa, qəbul və çap olunur. Xülasə, məqalə yazılmış dildən əlavə Azərbaycan, rus və ingilis dillərində də mütləq olmalıdır. Jurnala fəlsəfə və və fənlərarası araşdırmalar sahəsində aktual, müasir və orijinal məqalələr qəbul olunur.

Jurnala “metafizika.az@mail.ru” və ya "journalmetafizika@gmail.com" elektron poçtu vasitəsilə məqalə göndərə bilərsiniz.
 
“Metafizika” Jurnalı barədə qısa məlumatlar:
Ünvan: Azərbaycan Respublikası; Bakı şəhəri; Yasamal Rayonu; Həsənbəy Zardabi, b. 92A, m.353;
Zip Kodu: AZ1122;
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, (ARƏN) Reyestr № 4144;
Jurnalın dili:  Azərbaycan, Rus, İngilis, Türk, Fars və Ərəb dilləri;
Jurnalın xülasələri: Azərbaycan, Rus və İngilis;
ISSN 2616-6879;
УДК: 111.3;
KBT: 87.2; 87.21;
Tel: +994 55 760 39 70;
E-mail: metafizika.az@mail.ru;
Vebsayt: Metafizikajurnali.az;
Baş Redaktor: Dos.Dr. Ələddin Məlikov;
Rəsmi FB səhifəsi: https://www.facebook.com/Metafizikajurnali/;
Rəsmi FB qrupu: https://www.facebook.com/groups/138473553471336/;
Instagram.com/metafizika_journal;
Linkedin.com/Metafizika Journal;
Wikipedia.org/Metafizika (jurnal);
Wikizero.com/az/Metafizika (Jurnal);
Academia.edu/MetafizikaJournal;
IdealOnline/Journals;
Ebsco/Journals;
Google.Scholar/Metafizika Journal;
Turkish Educational Index/Metafizika

“Metafizika” jurnalına ianə etmək və abunə olmaq istəyən oxucular elektron poçtla əlaqə saxlaya bilərlər.
 
  • Tarix:2022-01-27