Xəbərlər

“Metafizika” jurnalının 2022/1-ci sayı işıq üzü görüb

“Metafizika” jurnalının 2022/1-ci sayı işıq üzü görüb.

“Metafizika” (ISSN 2616-6879) beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 2022-ci il üçün 1-ci sayı işıq üzü görüb. Jurnalın bu sayında yerli məqalələr ilə bərabər bir sıra xarici ölkələrin tədqiqatçılarının elmi məqalələri də çap edilib. “Metafizika” Jurnalının bu sayında (2022, Cild 5, Say 1, Sıra 17) doqquz məqalə nəşr edilib.

Jurnalın bu sayında aşağıdakı məqalələr yer alıb:

1-Ələddin Məlikov., İbrahim Bağırov: Sədrəddin Şirazinin fəlsəfi çevrilişi (Azərb. dilində)

2-Eldar Əmirov: Xarici dil öyrənməyin əsasları (Azərb. dilində)

3-Elxan Quliyev: Azərbaycanın elm tarixi üzrə yazılı qaynaqları (X-XIV əsrlər) (Azərb. dilində)

4-Ülviyyə Ağabəyova: Yunus Əmrə fəlsəfəsində insan problemi (Azərb. dilində)

5-Ağalar Abbasbəyli: Dövlətin ərazi bütövlüyü və “xalqların öz müqəddəratını təyinetmə hüququ” prinsipi (rus dilində)

6-Leyli Məmmədova: Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin təkmilləşdirilməsi məsələsi haqqında (rus dilində)

7-Firudin Mövsümov: Məhkəmə ekspertizası sübutlarının tədqiqində keyfiyyət standartları (rus dilində)

8-Məhəmməd Hadi Mədəni: Nihilizmdən qurtulmanın mümkünlüyü və Mürtəza Mütəhhərinin hikmət paradiqması (fars dilində)

9-Abbas İlahi., Azər Əhmədov: Həzrət Musa və Xızırın hekayəsinin şübhələrə cavab verməsi ilə tədqiqi (fars dilində)

Məqalələri bu linkdən oxuya və yükləyə bilərsiniz.

  • Tarix:2022-01-27