Xəbərlər

“Metafizika” jurnalının 2022/2-ci sayı işıq üzü görüb

“Metafizika” jurnalının 2022/2-ci sayı işıq üzü görüb.

“Metafizika” (ISSN 2616-6879) beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 2022-ci il üçün 2-ci sayı işıq üzü görüb. Jurnalın bu sayında yerli məqalələr ilə bərabər bir sıra xarici ölkələrin tədqiqatçılarının elmi məqalələri də çap edilib. “Metafizika” Jurnalının bu sayında (2022, Cild 5, Say 2, Sıra 18) doqquz məqalə nəşr edilib.

Jurnalın bu sayında aşağıdakı məqalələr yer alıb:

1-Habil Qurbanov: Hüquq sistemlәrinin tәsnifatı (Azərb. dilində)

2-İlkin Əliyev: Androloji problemlərin yaranmasında psixoloji aspektlərin rolu (Azərb. dilində)

3-Zahid Əliyev: Seçim anlayışı, onun fərdi və ictimai cəhətləri (Azərb. dilində)

4-Zaur Əliyev: Beynəlxalq terrorizm və Azərbaycan Respublikası (Azərb. dilində)

5-Narın Əbilova: Cinsi zorakılığa məruz qalmış yetkinlik yaşına çatmayanların məhkəmə-psixoloji ekspertizası (Azərb. dilində)

6-Leyla Məlikova: Nəhdə kontekstində İslam intellektual diskursu və müasir İslam reformizminin məsələləri (Rus dilində)

7-Leyla Səlimova: Argentina Respublikası Konqresinin Senatı və Deputatlar Palatasının 1915-ci ildə Türkiyədə törədilən “erməni soyqırımı” ilə əlaqədar qəbul etdiyi Qanunun qeyri-hüquqiliyinə dair (Rus dilində)

8-Abdullah Hüseyni Eskandian., Səməd Behruz: Qərb fəlsəfəsi və İslam teologiyasında şər probleminin məntiqi izahı (Qotfrid Leybnits və Fəxrəddin ər-Razinin baxışlarının müqayisəli təhlili) (İngilis dilində)

9-Könül Əfəndiyeva: XIX-XX əsr fəlsəfəsində tibbi etika problemləri (Azərb. dilində)

Məqalələri bu linkdən oxuya və yükləyə bilərsiniz.

  • Tarix:2022-01-27