Xəbərlər

“Metafizika” jurnalının 2022/3-cü sayı işıq üzü görüb

“Metafizika” (ISSN 2616-6879) jurnalının yeni sayı (2022/3) işıq üzü görüb

 

“Metafizika” (ISSN 2616-6879) beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 2022-ci il üçün 3-cü sayı işıq üzü görüb. Jurnalın bu sayında yerli məqalələr ilə bərabər bir sıra xarici ölkələrin tədqiqatçılarının elmi məqalələri də çap edilib. “Metafizika” jurnalının bu sayında (2022, Cild 5, Say 3, Sıra 19) on məqalə və üç resenziya yer alıb. Dosent Ələddin Məlikovun baş redaktorluğu ilə nəşr olunan “Metafizika” Jurnalının işıq üzü görən yeni sayında oxucular humanitar və sosial elmlər sahəsinə aid elmi məqalələrlə tanış ola bilərlər. Jurnalda, həmçinin bu saydan etibarən təqdimat və tənqid xarakterli "Resensiyalar" da yer alıb.

 

Jurnalın bu sayında aşağıdakı məqalə və resenziyalar nəşr edilib:

 

Məqalələr

1-Adil Əsədov: Qədim Yunan fəlsəfəsinin deterministik istiqaməti (Azərb. dilində)

2-Kamina Məmmədova., Sevda Yusifova: XX əsrin əvvəllərində erməni vandalizmi (Azərb. dilində)

3-Turanə Əlibəyova., Füzuli Qurbanov: Qnoseologiya və epistemologiya: müqayisəli fəlsəfi təhlil (Azərb. dilində)

4-Nailə Əsədova: Aristofanın komediyalarında ümumiləşdirilmiş obrazlar (Azərb. dilində)

5-Fərəh Sadıqova: Qərb fəlsəfə tarixində ölüm problemi (Azərb. dilində)

6-Türkan Məmmədova: Azərbaycan xalqının milli özünüdərk prosesində Əli bəy Hüseynzadənin müasirləşmə yolu (Azərb. dilində)

7-Aiitmamat Karıev: Qırğızların çoxevlilik (və yaş fərqi) adətinin İslam hüququ mövqeyindən tədqiqi (türk dilində)

8-Tofiq Əsədov: Allahın “Rəhman” sifətinin ilahi əzab ilə qarşılıqlı münasibəti (fars dilində)

9-Kamil Səlimov., Kamran Səlimov., Firudin Mövsümov: Cinsi zorakılığın kriminoloji xüsusiyyəti (xarici ölkələrin məhkəmə-istintaq təcrübəsinin materialları əsasında), (rus dilində)

10-Ləman Qarayeva: Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsində diasporun rolu (ingilis dilində)

Resenziya

1-Namiq Əliyev: “Topların gurultusu altında diplomatiya...” adlı kitaba dair (Azərb. dilində)

2-İbrahim Bağırov: “İrfan və fəlsəfə perspektivindən kamil insan nəzəriyyəsi” kitabı haqqında (Azərb. dilində)

3-Əlizadə Əsgərli: “Həzrət Nizami Gəncəvinin ...” kitabına kanseptual yanaşma və qiymətləndirmə (Azərb. dilində)

 

Qeyd edək ki, "Metafizika" jurnalı elmi, tənqidi, nəzəriyyəyə və ya ənənələrə əsaslanan, müasirliyə köklənən akademik məqalələri dərc edir. "Metafizika" ilə ənənələrə söykənib, gələcəyə köklənənlərdən olun! Dünyanın və xüsusən Respublikanın elm və təhsil ictimaiyyətini "Metafizika" jurnalı ilə əməkdaşlığa və tədqiqat xarakterli elmi araşdırmalarını akademik jurnalda nəşr etməyə dəvət edirik.

 

Məqalə və resenziyaları bu linkdən oxuya və yükləyə bilərsiniz.

  • Tarix:2022-01-27