Xəbərlər

“Metafizika” jurnalının 2022/4-cü sayı işıq üzü görüb

Metafizika” (ISSN 2616-6879) jurnalının yeni sayı (2022/4) işıq üzü görüb

“Metafizika” (ISSN 2616-6879) beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 2022-ci il üçün 4-cü sayı işıq üzü görüb. Jurnalın bu sayında yerli məqalələr ilə bərabər bir sıra xarici ölkələrin tədqiqatçılarının elmi məqalələri də çap edilib. “Metafizika” jurnalının bu sayında (2022, Cild 5, Say 4, Sıra 20) on üç məqalə və üç resenziya yer alıb. Dosent Ələddin Məlikovun baş redaktorluğu ilə nəşr olunan “Metafizika” Jurnalının işıq üzü görən yeni sayında oxucular humanitar və sosial elmlər sahəsinə aid elmi məqalələrlə tanış ola bilərlər. Jurnalda, həmçinin təqdimat və dəyərləndirmə xarakterli "Resensiyalar" da yer alıb.

Jurnalın bu sayında aşağıdakı məqalə və resenziyalar nəşr edilib:

Məqalələr

 

1-Şamiya Mirzağayeva., Heydər Aslanov: Rəqəmsallaşma prosesi: nəyə gətirib çıxardı və gələcəkdə bizi nə gözləyir? (ingilis dilində)

2-Nərgiz Məcidova: Müasir fəlsəfi-antropoloji konsepsiyaların komparativ təhlili (rus dilində)

3-Nəzakət Kərimova: İdeologiya ilə ictimai psixologiyanın qarşılıqlı əlaqəsinin sosial-psixoloji mexanizmləri (Azərb. dilində)

4-Zaur Rəşidov: Ənvər Əhmədovun tədqiqatlarında Azərbaycan maarifçilik fəlsəfəsi: tənqidi təhlil (Azərb. dilində)

5-Nərminə Qasımova: Multikulturalizm müasir cəmiyyətin ictimai-siyasi inkişafının əsas fəlsəfi konsepsiyası kimi (Azərb. dilində)

6-Sevda Yusifova., Kamina Məmmədova: Qərbi Azərbaycana ermənilərin axını və azərbaycanlıların sıxışdırılması (Azərb. dilində)

7-Rüfət Qarayev: “Nəhcul-bəlağə” əsərində Adəmin yaradılması məsələsi (Azərb. dilində)

8-Güneş Guliyeva: Bəxtiyar Vahabzadədə Romantizm İzləri: Türk və Azərbaycan nümunəsində (türk dilində)

9-Habil Qurbanov: Qanunvericilik texnikası (Azərb. dilində)

10-Ramilə Dadaşova: I dünya müharibəsi illərində erməni hərbi hissələrinin Türkiyəyə qarşı fəaliyyəti (Azərb. dilində)

11-Zümrüd Məlikova: XXI əsrin əvvəllərində türkiyənin xarici siyasətinin yeni prınsipləri (Azərb. dilində)

12-Lalə Bayramova: Modernləşməyə dair imperializm və neokolonializm nəzəriyyələri (Azərb. dilində)

13-Elşən Muxtarlı., Təbriz Yadigarov: COVİD-19 pandemiyasının iqtisadi artıma təsirinin qiymətləndirilməsi və pandemiyanın iqtisadiyyata vurduğu zərərlərin aradan qaldırılması yolları (Azərb. dilində)

Resenziya

1-İbrahim Bağırov: “Molla Sədra fəlsəfəsi” kitabının dəyərləndirilməsi (Azərb. dilində)

2-Aytəkin Cəfərova: “İnsanın məna axtarışı” kitabı haqqında (Azərb. dilində)

3-Leyla Mehdiyeva: “Məntiq” kitabı haqqında (Azərb. dilində)

Qeyd edək ki, "Metafizika" jurnalı elmi, tənqidi, nəzəriyyəyə və ya ənənələrə əsaslanan, müasirliyə köklənən akademik məqalələri dərc edir. "Metafizika" ilə ənənələrə söykənib, gələcəyə köklənənlərdən olun! Dünyanın və xüsusən Respublikanın elm və təhsil ictimaiyyətini "Metafizika" jurnalı ilə əməkdaşlığa və tədqiqat xarakterli elmi araşdırmalarını akademik jurnalda nəşr etməyə dəvət edirik.

Məqalə və resenziyaları bu linkdən oxuya və yükləyə bilərsiniz.

  • Tarix:2022-01-27