Xəbərlər

“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalı beynəlxalq indeksdə  

“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının elektron versiyası 08.2018 tarixindən etibarən İDEALONLİNE indeksi vasitəsilə Amerika Birləşmiş Ştatlarının məhşur “EBSCO”nun (Elektron kitab, jurnal və portalların Dünyaya Yayımı Mərkəzi) kitabxanalarında oxucuların istifadəsinə verilib. Həmçinin EDS ve Summon beynəlxalq axtarış motorlarında da mövcuddur. Yayımın məqsədi “Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının dünya oxucusuna tanıdılmasıdır. Jurnal, həmçinin Türkiyə Respublikasının Ankara, Memar Sənan, Qazi, Mərmərə və s. kimi 65 universitetinin elektron kitabxanalarına yerləşdirilib.
Keçid linki: http://idealonline.com.tr/IdealOnline/lookAtPublications/journalDetail.xhtml?uId=603#
  • Tarix:2022-01-27